Papa I Fransisk Yaxın Şərqdəki hadisələri terror adlandırdıbackend

Papa I Fransisk Yaxın Şərqdəki hadisələri terror adlandırdı

Roma Papası I Fransisk bazar günü İsrail ordusunun kilsə binasına sığınan iki xristian qadını öldürməsi ilə bağlı xəbərlərdən təəssüfləndiyini bildirib və İsrailin Qəzzada “terror taktikası” tətbiq etdiyini bəyan edib.

KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, Fransisk müqəddəs torpaqdakı katolik kilsəsində baş vermiş hadisəni pisləyib.

“Qəzzadan çox ciddi və ağrılı xəbərlər gəlməkdə davam edir. Silahsız mülki şəxslər hələ də bombarduman altındadır. Bu, müharibədir, bu, terrordur”- deyə Papa bildirib. İsrail Xarici İşlər Nazirliyindən hadisənin hələ də nəzərdən keçirildiyini və papanın açıqlamalarına dərhal şərh verilməyəcəyini deyiblər.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*