Papa XVI Benediktin vəziyyəti pisləşdibackend

Papa XVI Benediktin vəziyyəti pisləşdi

Roma Papası statusu daşıyan XVI Benediktin səhhəti pisləşib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni deyib.

O bildirib ki, hazırda Benedikt həkim nəzarətindədir.

Qeyd edək ki, görkəmli ilahiyyatçı Yozef Alois Ratzinger 2005-ci ildə sələfi II İohann Pavelin ölümündən sonra XVI Benedikt adını alaraq taxta çıxıb. 2013-cü ildə o, son 600 ildə papalıqdan imtina edən ilk pontifik olub. Həmin vaxt 85 yaşı olan Benedikt qərarını Katolik Kilsəsini idarə etmək üçün gücünün olmaması ilə izah edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*