“Paracetamol” tərkibli 2 dərman vasitəsi geri çağırıldıbackend

“Paracetamol” tərkibli 2 dərman vasitəsi geri çağırıldı

İki dərman vasitəsinin könüllü geri çağırılması üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət edilib.

Bu barədə KONKRET.az-a Mərkəzdən məlumat verilib.

Bildirilib ki, dərman vasitələrindən biri “Para-Denk 125 Suppos” ticarət adlı paracetamol – 125 mg/supp tərkibli rektal şamlar №10 (2×5) blisterdə, karton qutu qablaşmada olan dərman vasitəsi, digəri isə “Para-Denk 250 Suppos” ticarət adlı paracetamol – 250 mg/supp tərkibli rektal şamlar №10 (2×5) blisterdə, karton qutu qablaşmada olan dərman vasitəsidir.

Geri çağırılmaya səbəb kimi qablaşdırma zədələnmələri (sızmalar) göstərilib. Qeyd edilən dərman vasitələrinin geri çağırılma dərəcəsinin üç (dərman vasitəsinin şəxsin həyat və sağlamlığına birbaşa təhlükə yaratmadığı hallar), dərman vasitəsinin geri çağırılma səviyyəsinin isə “C” (topdansatış müəssisəsinə qədər) səviyyəsində müəyyən olunduğu bildirilib.

Yoxlama zamanı hər iki dərman vasitəsində göstərilən qüsurların mövcudluğu təsdiqlənib.

Adıçəkilən dərman vasitələrinin geri çağırılması barədə qərar qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*