Paris-2024: Kefiyyətsiz medallar dəyişdirilirbackend

Paris-2024: Kefiyyətsiz medallar dəyişdirilir

Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında idmançılara verilən və keyfiyyətində problem yaranmış medalların dəyişdirilməsi prosesinə qarşıdakı həftələrdə başlanacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Report-a Beynəlxalq Olimpiya Komitəsindən bildirilib.

Qurumdan verilən açıqlamada medalların üzərinə naxışların orjinallardakı kimi həkk olunacağı qeyd edilib:

“Paris 2024 Olimpiya Oyunlarının Təşkilat Komitəsi medalların istehsalı və keyfiyyətinə nəzarət işi ilə məşğul olan “Monnaie de Paris” ilə sıx əməkdaşlıq edir ki, medallardakı hər hansı problemləri qiymətləndirsin, zədələnmənin səbəb və şəraitini başa düşsün. Zədələnmiş medallar sistematik olaraq “Monnaie de Paris” tərəfindən dəyişdiriləcək və orijinallarla eyni şəkildə həkk olunacaq”.

BOK tərəfindən məsələ ilə bağlı Milli Olimpiya Komitələri ilə əlaqədə olduqları vurğulanıb:

“Əvəzedici medalların təmin edilməsi prosesi qarşıdakı həftələrdə Paris-2024 və “Monnaie de Paris” tərəfindən, əlaqədar idmançıların Milli Olimpiya Komitələri ilə birlikdə idarə olunan formada başlamalıdır. Paris-2024 müvafiq Milli Olimpiya Komitələri ilə əlaqədədir”.

Qeyd edək ki, Azərbaycan idmançıları Paris olimpiadasında 7 medal qazanıblar. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Alfonso Dominqeslə yanaşı, taekvondoçu Qaşım Maqomedov (58 kq) yalnız finalda uduzaraq gümüş medal əldə ediblər. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc mükafata sahib çıxıblar.

H.Heydərov və M.Maqomedovdan başqa, digər beş idmançınin medalı keyfiyyətini itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*