Paris Ermənistanı yeni qarşıdurmaya SÜRÜKLƏYİR – Bu məğlubiyyət daha fəlakətli olacaqbackend

Paris Ermənistanı yeni qarşıdurmaya SÜRÜKLƏYİR – Bu məğlubiyyət daha fəlakətli olacaq

Bütün dövrlərdə ermənilərə Cənubi Qavqazda “mina” kimi yanaşılıb. Qərbin və Rusiyanın əlində xüsusi alət hesab edilən erməni kartından imkan düşən kimi istifadə edilib və başqalarının çaldığına oynayan erməni toplumu ciddi itkilərlə üzləşib. Hələ 1987-ci ildə SSRİ-nin qılıncının dalının və qabağının kəsən vaxtları erməni məsələsinin ortaya atılması gələcək faciələrin başlanğıcı idi. Mixail Qorbaçovun köməkçilərindən biri Aqambekyanın Fransa senatında verdiyi bəyanatın arxasında böyük güclər dayanırdı. Baş Katibin köməkçisi SSRİ-yə rəqib olan bir cəmiyyətdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilməsini təklif edir və dövlətin rəsmi qurumları susurdu.

Hələ üstəlik SSRİ mətbuatı Aqambekyanın Fransadakı çıxışını tirajlayır və cəmiyyəti gələcək münaqişəyə hazırlayırdı. Bütün bunların Heydər Əliyevin SSRİ rəhbərliyindən istefasından cəmi iki həftə sonra baş verməsi də təsadüfi deyildi. Deməli, hər şey planlaşdırılmışdı və hələ o vaxt SSRİ rəhbərliyi Fransanın da xeyir-duasını almışdı. Bu, sadəcə Qarabağ hadisələrinin başlamasının qısa tarixçəsidir.

Ermənilərə qahmar çıxan dövlətlər eyni zamanda bütün dövrlərdə maşa kimi də istifadə ediblər. SSRİ-nin dağılmasına təkan verən bu cür hadisələr ölkə daxilində milli münasibətlərin qızışdırılması və silahlı münaqişəyə keçid idi. Bunu Qərb məhz ermənilərin əlilə həyata keçirdi və SSRİ daxilində miqyasına görə daha böyük münaqişənin alovlanmasına təkan verdi. Bununla da erməni kartı işlərinə yaradı və bu toplumdan buyruqçu kimi istifadə etdilər.

Türkiyə ilə Azərbaycan arasına bufer zona kimi atılan erməni dövləti eyni zamanda Qərbin və Rusiyanın maraqlarını yerinə yetirməkdə görəvlidir. Lazım olanda Qərbin çaldığına oynayan ermənilər, ruslarla da müttəfiqdirlər. Azərbaycanın 20 % ərazisini də məhz tərəfdaşlarının köməyi ilə işğal etmişdilər. Daha sonra məlum oldu ki, münaqişənin nizamlanmasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu da işğal siyasətini dəstəkləyir və Azərbaycanı işğalla barışmağa məcbur etmək istəyir. Ermənistan isə havadarlarının köməyinə arxayın olub özünü qalib dövlət kimi apardıqca Azərbaycanın səbr kasasını coşdururdu. Nəticə isə məlumdur və Qarabağ münaqişəsi artıq tarixin arxivinə verilib.

Amma 30 il davam edən işğalın vurduğu yaralar hələ sağalmayıb və ermənilərin regionda törətdiyi vəhşiliklərin izi yüz illər sonra da qalacaq. Azərbaycan öz suverenliyini bərpa edib və Qarabağ bütünlüklə nəzarətimizdədir. Amma Ermənistanı bu münaqişəyə sövq edən qüvvələr hələ də dayanmır və düşmən ölkəni yeni qarşıdurmaya hazırlayırlar. Fransanın Ermənistana silah verməsi, digər Qərb dövlətlərinin düşmən ölkəni hərbi-siyasi sahədə dəstəkləməsi yeni eskalasiyalara səbəb ola bilər. 35 il əvvəl ortaya atdıqları erməni kartının yararsız hala düşməsini həzm edə bilməyən həmin qüvvələr alət kimi istifadə etdikləri bir sürü ermənini məhvə aparırlar. Ermənistanda bunu anlayan müəyyən sayda insanlar olsa da, ümumilikdə xəstə təfəkkürlü toplum fərqli düşünür və əsas ideya vericilərindən möhkəm yapışmağa üstünlük verirlər. Ermənistana “kiçik bacı” gözüylə baxan “qoca nənə” isə yetimini nələrin gözlədiyinin fərqində deyil.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*