Parisin meri Anne Hidalqo X sosial şəbəkəsindəki səhifəsini silmək qərarını açıqlayıb.
KONKRET.az xəbər verir ki, o, həmçinin sosial şəbəkəni “nəhəng qlobal kanalizasiya” adlandırıb.
“Twitter”dən (hazırda X) ayrılmaq qərarına gəldim. Son illərdə demokratiyalarımızı məhv etmək üçün möhtəşəm alətə çevrilib. Bu platforma nəhəng qlobal kanalizasiyaya çevrilib”, – deyə Hidalqo X səhifəsində yazıb.
Paris meri sosial şəbəkəni və onun sahibi İlon Maskı gərginliyi və münaqişələri gücləndirməkdə ittiham edib. Onun fikrincə, sosial şəbəkədən manipulyasiya, dezinformasiya, nifrətə çağırış, zorakılıq, antisemitizm və açıq irqçilik üçün geniş istifadə olunur. Hidalqo əlavə edib ki, o, platformanı şəxsi maraq və antidemokratik siyasi layihə hesab edir.
Burhan,
KONKRET.az