Fransanın paytaxı Parisdə atışma baş verib.
KONKRET.az xəbər verir ki, 60 yaşlı naməlum şəxs Colt 45 tipli tapançadan atəş açıb.
Hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb, daha iki nəfərin vəziyyəti ağırdır.
Polis sözçüsü agentliyə müsahibəsində bir nəfərin həbs olunduğunu təsdiqləyib. Sakinlərə hadisə baş verən 10-cu məhəllədə müvəqqəti olaraq ərazidən uzaq durmaq tövsiyə olunub.