Çempionlar Liqasının finalında PSJ-nin “İnter” üzərində 5:0 hesablı qələbəsindən sonra Parisdə fransalı azarkeşlər iğtişaş törədiblər.
KONKRET.az RMC Sport-a istinadla xəbər verir ki, iğtişaşlar əsasən şəhərin mərkəzində yaşanıb. 50-yə yaxın azarkeş avtobusların şüşələrini sındırıblar, avtomobil yandırılıb.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınıb. Polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur qalıb.
Parisdə 294 nəfəri həbs edilib.