Parisdə yaşayan erməni ekspert: “Sizə yalvarıram, bunu Ermənistanda Fransada olduğu kimi etməyin”backend

Parisdə yaşayan erməni ekspert: "Sizə yalvarıram, bunu Ermənistanda Fransada olduğu kimi etməyin"

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın 1 nömrəli düşmənlərindən biri olan, Ermənistanın sabiq prezidenti Robert Köçəryan həbsxanadan Qarabağ ermənilərinə müraciət edərək koronavirusa görə ehtiyatlı davranmağı tövsiyə edib.

Bunun ardınca Fransada yaşayan erməni, Paris Siyasi Elm Mərkəzinin eksperti Kayts Minasyan da koronavirusla bağlı erməni mediasına qısa müsahibə verib, qondarma rejimdə martın 31-də keçiriləcək “prezident və parlament” seçkilərini təxirə salmağı məsləhət görüb və Ermənistanla qondarma rejimin müharibə vəziyyətində olduğunu xatırladıb.

Qorxu isə yenə də Dağlıq Qarabağa yayıla biləcək koronavirus qorxusudur.

KONKRET.az həmin müsahibəni sizə təqdim edir:

– Cənab Minasyan, Fransada nə baş verir, oradakı koronavirusla mübarizəni necə qiymətləndirirsiniz?

– Hökumət koronavirusun yayılmasına qarşı mübarizə aparır. Bir tərəfdən “müharibə elan edir”, digər tərəfdən isə yavaş addım atır. Xəstəxanalar ağzına kimi doludur, pik zirvəni gözləyirlər. Qorxu və narahatlıq böyükdür.

– İtaliya, İspaniya və ABŞ-da yoluxanların sayı daha çoxdur. Bəs Fransada?

– Saylar daim dəyişir, amma vəziyyət daha da pisləşəcək.

– Avropada qeyri-müəyyənliklə bağlı bir həyəcan var. İnsanlar fövqəladə vəziyyətə necə reaksiya verirlər, qaydalara əməl edirlərmi?

– Siqnal var: Avropanın köməyi haradadır? Hər bir ölkə özünə qayğı göstərir, amma koronavirus heç bir sərhəd tanımır.

– İnfeksiyanın azalmasının nə vaxt gələcəyi barədə bir fikir varmı?

– Fransada xəstəliyin pik həddinin aprelin əvvəlində olacağı gözlənilir.

– Deyirlər ki, koronavirusla bağlı vəziyyət populizmin faydasızlığını göstərir və indi praqmatizm tələb olunur. Bu fikirlə razısan?

– Hələ nəsə demək tezdir, çünki mübarizə qabaqdadır. İcazə verin, Ermənistan və “Dağlıq Qarabağ” (qondarma) hakimiyyətinə bir mesaj göndərim – martın 31-nə təyin edilmiş seçkiləri təxirə salın. Seçkilərin ilk turunu keçirən Fransadakı kimi etməyin. Ermənilərin təhlükəsizliyə ehtiyacı var. Daxili təhdid qorxusu və narahatlıq əlavə etməyin. Ermənistan və “Dağlıq Qarabağ” Fransa deyil, ölkə müharibə vəziyyətindədir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*