Fransanın paytaxtı Parisin mərkəzində pensiya islahatına qarşı etirazlara görə 11 metro stansiyası bağlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Fransa mediasında bildirilib.
Qeyd olunub ki, bu addım polisin xəbərdarlığı ilə atılıb.
Xüsusilə Yelisey Şanları və Milli Assambleya binasındakı stansiyalarda fəaliyyət dayandırılıb.
Xatırladaq ki, Fransada pensiya yaşının artırılmasından sonra ölkədə etiraz aksiyaları artaraq davam edir.