ABŞ-ın Merilend ştatında atışma nəticəsində 5 yeniyetmə yaralanıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, insident Greenbeltdəki “Shroom Hills Parkı”nda dərs vaxtı baş verib.
Greenbelt polis rəisi Riçard Bouers parkda təxminən 500-600 lisey şagirdinin olduğunu deyib.
Atışma qurbanları 16-18 yaş arası beş oğlan olub. Zərərçəkənlər yerli xəstəxanalara çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir.
Bouers deyib ki, atışmada şübhəli bilinən şəxs parkdan qaçıb.
Burhan,
KONKRET.az