Parlamentdə müzakirə olunan qanunlar ölkədə baş verən dəhşəti əks etdirmir – Arman Abovyanbackend

Parlamentdə müzakirə olunan qanunlar ölkədə baş verən dəhşəti əks etdirmir - Arman Abovyan

Ermənistan parlamentində söz-söhbətlər bitmir.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanda vəziyyət sabitləşmək əvəzinə  günü-gündən pisləşir. Bunu parlamentin deputatı Arman Abovyan da öz çıxışında təsdiqləyib.

Deputat bunları deyib:

“Bu gün parlamentdə müzakirə olunan qanunlar ölkədə baş verən dəhşəti əks etdirmir.

Plastik torbalara yığılmış oğlanlarımızın cəsədlərinin zirzəmilərə atıldığına kim cavab verəcək? Başqa presedentlər varmı? Nə baş verir?

Bunlar cəmiyyətin dərhal cavab tələb etdiyi suallardır.

Danışmaq mənim üçün çətindi və vəziyyəti təsvir etmək üçün söz tapa bilmirəm”.

Daha sonra millət vəkili parlamenti, hökuməti və müxalifəti hərəkətsizlikdə tənqid edib.

“Biz lazımi reaksiya göstərməsək, o zaman bu halımıza razı olduğumuz və əslində özümüzdən imtina etdiyimiz ortaya çıxacaq. Bu, qəbuledilməzdir”, deyə  Arman Abovyan əlavə edib.

Xuraman Etibarlı

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*