Türkiyə yaxın zamanda özünün hava hücumundan müdafiə sistemini də yarada bilər.
KONKRET.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Hacattepe universitetinin yeni tədris ilinin açılışında çıxışı zamanı deyib.
O bildirib ki, bunu böyük güclər də başa düşürlər: “Biz kənar qüvvələrdən asılı olmayacağıq. Türkiyənin başqalarından daha yaxşı təyyarə istehsal edə biləcəyini başa düşürlər”.
N.Kurtulmuş söyləyib ki, Türkiyə heç vaxt yerində saymayıb: “Bizim hədəflərimiz böyükdür”.//Report