Deputat Əliabbas Salehzadənin adı YAP-ın namizədlər siyahısında yer almayıb.
Bununla bağlı KONKRET.az-a açıqlama verən Əliabbas Salehzadə təmsil etdiyi partiyanın qərarının onun üçün qanun olduğunu deyib:
“Partiyamızın qərarına əsasən, parlament seçkilərində Yeni Azərbaycan Partiyasını təmsil edəcək namizədlər siyahısında yer almıram. Partiyamız tərəfdən verilən qərar mənim üçün qanundur və bu, müzakirə oluna bilməz. Bundan sonra da fəaliyyətimi əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu, Prezident İlham Əliyevin və Yeni Azərbaycan partiyasının sədrinin birinci müavini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurla davam etdirdiyi siyasətin əsasında qurmağa davam edəcəyəm”.
Aygün Mirakif
KONKRET.az