Paruyr Hayrikyan: “Yalnız əclaflar başqa çıxış yolunun olmadığını deyə bilər”backend

Paruyr Hayrikyan: “Yalnız əclaflar başqa çıxış yolunun olmadığını deyə bilər”

“1990-1991-ci illərdə nəinki tanıdığım, həm də yol göstərdiyim insanlar olub. Onların da düşüncələrində problem var idi. Həmin insanlar o dövrün Nikolları idi”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın “Milli müqəddəratını təyinetmə” assosiasiyasının rəhbəri Paruyr Hayrikyan baş nazir Nikol Paşinyanın 1990-1991-ci illərdəki ölkə liderləri barədə dediklərinə münasibət bildirərkən deyib.

Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib ki, 33 il əvvəlki liderlər deyirdilər ki, müstəqillik bizə dövlət olmaq üçün yox, Dağlıq Qarabağ məsələsini həll etmək üçün lazımdır. Paruyr Hayrikyan bildirib ki, onlar üçün Moskvanın qoyduğu Qarabağ məsələsi var idi: “Vaxtilə Stalin Qarabağ problemini yaratdı ki, azərbaycanlılar müstəqil olmaq istəsələr, cilovlana bilsinlər. Ermənilər də eyni ssenari ilə durdurulmalı idi. Yəni hər iki tərəf Moskvanın siyasi girovuna çevirilmişdi. İndi Nikola elə gəlir ki, o vaxt hamı onun kimi düşünürdü. Bəli, mən axmaqlara başa saldım ki, yalnız müstəqil Ermənistan Qarabağa kömək edə bilər”.

O əmindir ki, Ermənistanın baş nazirinin Qarabağ haqqında danışmağa haqqı yoxdur. Paşinyanın beynəlxalq ictimaiyyətin 1990-cı illərdən etibarən Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul etməsi ilə bağlı bəyanatına toxunan Hayrikyan deyib: “Bu ifadələri işlətmək üçün yalnız əclaf olmaq lazımdır. Paşinyan deyir ki, beynəlxalq ictimaiyyət Qarabağ probleminin həlli üçün çalışıb. Dünya buna qarşı olsaydı, Minsk qrupu yığışıb deyərdi ki, Nikol, Levon, ya da Robert, bu məsələni bağlayın, səhv edirsiniz. Dünya deyir ki, mövcud olmayan ərazi bütövlüyü prinsipinə zidd olan öz müqəddəratını təyinetmə məsələsi var. Yalnız əclaf Paşinyan deyir ki, beynəlxalq aləmdə ərazi bütövlüyü prinsipi mövcuddur. Bu, prinsip deyil, razılaşmadır və öz müqəddəratını təyinetmə prinsipidir. Sən kimsən ki, bunları durub erməni xalqına deyirsən. Yalnız əclaflar başqa çıxış yolunun olmaddığını deyə bilər”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*