Paşinyan: “2018-ci ilədək aparılan danışıqların məzmununu xalqa çatdırmamağım mənim səhvimdir”backend

Paşinyan: “2018-ci ilədək aparılan danışıqların məzmununu xalqa çatdırmamağım mənim səhvimdir”

“1994-cü ildən-yəni atəşkəsdən sonra danışıqlar prosesi Qarabağın Azərbaycana qaytarılması üzərində qurulmuşdu”.

KONKRET.az xəbər verir kİ, bunu Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” hesabında yazıb: “Danışıqlar prosesinin başqa məzmunu yox idi. Digər məzmunlu söhbətlər Ermənistan Respublikasında sırf daxili siyasi problemlərin həlli üçün aparılıb. Bu kontekstdə mən çox böyük səhv etdim. 2018-ci ildə aparılan danışıqların məzmunu ilə tanış olduqdan sonra mən bunu insanlara izah etmədim. Bu, mənim səhvimdir. Mənə bunları söyləməyə sadəcə sizin bildiyiniz vətənpərvərlik modeli mane oldu”  – deyə o yazıb.

Vəli Həsənoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*