“Son atışmada dörd erməninin həyatına son qouldu. Şübhəsiz ki, iş bununla da bitməyəcək. Yəni bu qurbanlar ilk deyil və sonuncu olmayacaq”.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni siyasi ekspert Andranik Ovannisyan bildirib. O daha sonra fikrini belə davam etdirib: “Ermənilər üçün bu, ölümdür”.
Politoloq xatırladıb ki, qərbyönlü kurs seçən Ermənistan hakimiyyətinin ardıcıl siyasəti fiaskoya uğrayıb: “Onlar Ermənistan dövlətini saxlamaqda maraqlı deyil. Ermənilərin həyatı isə onları qətiyyən maraqlandırmır. Hələ bu, harasıdır?! Ermənistanda hakimiyyətdə olan Paşinyan rejimi yeni insan və ərazi itkilərinin müjdəçisi olacaq. Nikol Paşinyan öz şəxsi keyfiyyətlərini – amorfluğu, uyğunsuzluğunu, qorxaqlığını bütün xalqa aşılamağa çalışır”.
Andranik Ovannisyanın fikrincə, yeni Konstitusiyanın qəbulu nəinki Ermənistan dövlətçiliyini xilas etməyəcək, eləcə də erməniləri bir xalq kimi tamamilə məhv edəcək: “Dünya nizamı dəyişir və əlbəttə, Ermənistanın baş naziri bunu dərk etməyə çalışır. Amma anlamır ki, ölkənin təhlükəsizliyi risk altındadır. Ölkənin özü isə ekzistensial təhlükə altındadır. Həddindən artıq təhlükəli avantüra, şübhəsiz ki, Ermənistanın təhlükəsizliyinə mənfi təsir göstərəcək”.
Natiq Səlim,
KONKRET.az