“Paşinyan anti-Rusiya siyasəti yeritdiyi təqdirdə təhlükəsizlik zəmanəti ala bilər” – Tevanyanbackend

“Paşinyan anti-Rusiya siyasəti yeritdiyi təqdirdə təhlükəsizlik zəmanəti ala bilər” - Tevanyan

Josef Borrelin bəyanatı adi xəbər deyildi. 6 oktyabr 2022-ci ildə Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın tərkib hissəsi kimi rəsmən tanıyıb”.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Hayastan fraksiyasının deputatı Andranik Tevanyan deyib.

Xatırladaq ki, daha əvvəl Borrell demişdi ki, “Ermənistan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb, Nikol Paşinyan Ermənistanın belə bəyanatla çıxış edən ilk lideridir”.

“Ermənistanda əslində onun dövlət maraqlarını təmsil edəcək şəxs yoxdur. Ermənistanı təmsil edən Nikol şəxsi problemlərini həll etməklə məşğuldur.

Çünki onun qarşısına şərt qoyulmuşdu – Paşinyan yalnız anti-Rusiya və anti-İran siyasət yeritdiyi təqdirdə maddi təminat və təhlükəsizlik zəmanəti ala bilər”, – deyə Tevanyan qeyd edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*