backend

Paşinyan Ara Ayvazyana yeni müavin təyin etdi - FOTO

Qaqik Qalaçyan Ermənistan Xarici İşlər nazirinin müavini təyin olunub.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan qərar imzalayıb.

Qeyd edək ki, Q.Qalçyan 1969-cu il martın 4-də Ukraynanın Lvov şəhərində anadan olub. Leninqrad Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Ermənistanın Yunanıstan, yunan Kipri, Serbiya, Albaniyadakı səfiri işləyib.

Ölkəsinin Xarici İşlər Nazirliyində müxtəlif vəzifələri tutub.

Onun sonuncu iş yeri Ermənistanın Qırğız Respublikasındakı səfiri vəzifəsi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*