Paşinyan Avropa Şurasının sədri ilə danışdıbackend

Paşinyan Avropa Şurasının sədri ilə danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının Prezidenti Antonio Kosta ilə telefon danışığı aparıb.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

Telefon danışığı zamanı Paşinyan 8 avqustda Vaşinqtonda keçirilən danışıqların nəticələri barədə Kostaya məlumat verib.

Paşinyan qeyd edib ki, sülh Ermənistan-Avropa Birliyi əməkdaşlığının genişlənməsi üçün yeni investisiya imkanları yaradır.

Tərəflər həmçinin Ermənistan-Avropa Birliyi gündəliyi və 2026-cı ilin yazında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyi Sammitinin təşkilati məsələlərini də müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*