Paşinyan Azərbaycan sərhədinə gəldi – VİDEObackend

Paşinyan Azərbaycan sərhədinə gəldi - VİDEO

Ermənistan Baş naziri Nikol Paşinyan Sünik (Zəngəzur) vilayətinə səfəri zamanı Mili Təhlükəsizlik Xidmətinin Xınzirək (Xndzoresk) kəndində yerləşən sərhədyanı zastavasına baş çəkib.

KONKRET.az xəbər verir ki, Paşinyan bununla bağlı sosial şəbəkə səhifəsində video paylaşıb.

Sərhəd qoşunlarının qərargah rəisi Edqar Hunanyan vəziyyəti baş nazirə məruzə edərək bildirib ki, heç bir fövqəladə insident qeydə alınmayıb. Hökumət başçısı xidmətin gedişi, o cümlədən zabit ailələrinin məişət şəraiti ilə tanış olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*