Paşinyan Azərbaycana görüş təklif etdi – Bu məsələnin müzakirəsi üçünbackend

Paşinyan Azərbaycana görüş təklif etdi - Bu məsələnin müzakirəsi üçün

Ermənistanın Baş naziri Nikol Paşinyan Xarici İşlər Nazirliyi səviyyəsində Azərbaycana görüş təklif edib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bunu Milli Assambleyanın Xarici Əlaqələr Komitəsinin rəhbəri Sarqis Xandanyan deyib.

O bildirib ki, XİN rəhbərlərinin görüşünün 2 günlük olması istənilib və bu təmas baş tutarsa, əsas müzakirə mövzusu sülh müqaviləsinin razılaşdırılmamış bəndləri olacaq.

Xandanyanın sözlərinə görə, rəsmi İrəvan sülh müqaviləsini Bakıda keçiriləcək COP29 ərəfəsində imzalamağı istəyir.

Qeyd edək ki, oktyabrın 18-də İstanbulda Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında III görüş keçirilcək.

Xatırladaq ki, sülh müqaviləsinin 16 bəndindən 13-ü razılaşdırılıb.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*