Paşinyan: “Azərbaycana təkliflərimizi vermişik və belə məzmunlu saziş imzalamağa hazırıq”backend

Paşinyan: "Azərbaycana təkliflərimizi vermişik və belə məzmunlu saziş imzalamağa hazırıq"

“Sülh müqaviləsi ilə bağlı təkliflərimizi Azərbaycana təqdim etmişik və belə məzmunlu saziş imzalamağa hazırıq”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan cümə axşamı hökumətin iclasında deyib.

“Ermənistan sülh müqaviləsi ilə bağlı təkliflərini Azərbaycana təqdim edib və belə məzmunlu saziş imzalamağa hazırdır. Sərhədlərin delimitasiyası, kommunikasiyaların bloklanması, sərhəddə təhlükəsizlik təminatı ilə bağlı təkliflər də verilib. Amma hələ ki, cavab yoxdur”, – Paşinyan deyib.

P.S. Çox gülünc bəyanatdır. Məğlub olan, uduzan tərəf qalib tərəfə sülh şərtlərini “diktə” etməyə çalışır. Paşinyan yəqin anlamır ki, uduzan, təslim aktına imza atan Ermənistandır, o özüdür, Azərbaycan yox və şərtləri də Azərbaycan qoymalıdır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*