Paşinyan Azərbaycanın cəbhədə uğur qazandığını etiraf etdi: “Sizə həqiqəti deyirəm”backend

Paşinyan Azərbaycanın cəbhədə uğur qazandığını etiraf etdi: "Sizə həqiqəti deyirəm"

Azərbaycanın Qarabağla bağlı təklifindən imtina etmişdik.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib. O, bir zamanlar Azərbaycanın əvvəlcə Qarabağ ətrafındakı 5 rayon, daha sonra iki rayonun qaytarılmasını və Qarabağın Azərbaycanın tərkibində olmasını təsdiqlənməsini istədiyini bildirib:

“Yəni rayonları status qarşılığında yox, sülh qarşılığında vermək lazımdır. Əks halda müharibə olmalıydı. Bizim hakimiyyət bundan imtina etdi, bu, bizim üçün qəbuledilməz idi”, – deyə o bildirib.

Paşinyan Qarabağdakı döyüşlərin hansı istiqamətdə gedə biləcəyini əvvəlcədən müəyyən edə bilmədiklərini deyib.

O, həmçinin Azərbaycanın cəbhədə uğur qazandığını da etiraf edib:

“Biz anlamalıyıq ki, çox çətin situasiya yaranıb. Mən bunu sizə həqiqəti ötürmək və birləşməyimiz üçün deyirəm”.

O, çıxışı zamanı Rusiya, Fransa və ABŞ-a vasitəçiliyə görə təşəkkür edib. (Axar.az)

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*