Paşinyan Azərbaycanla bağlı bu məsələni BİRDƏFƏLİK BAĞLADI: Nikoldan ermənilərə YENİ ÇAĞIRIŞbackend

Paşinyan Azərbaycanla bağlı bu məsələni BİRDƏFƏLİK BAĞLADI: Nikoldan ermənilərə YENİ ÇAĞIRIŞ

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda keçirilən görüşdə iki ölkənin xarici işlər nazirlərinin ratifikasiya etdiyi Azərbaycanla sülh müqaviləsinin müddəalarına aydınlıq gətirmək üçün xalqa müraciət edib. Baş nazir Azərbaycanla sülh sazişinin paraflanmasını Ermənistanın həyatında “yeni eranın” başlanğıcı kimi qiymətləndirib. Beləliklə, İrəvan Azərbaycana qarşı uzun müddətdir davam edən ərazi iddiaları siyasətindən imtina etdiyini rəsmən açıqlayıb və Qarabağ məsələsinin bağlanmasının labüdlüyünü etiraf edi. Paşinyanın fikrincə, bunsuz sülh mümkün olmayacaq.

KONKRET.az xəbər verir ki, Paşinyan olduqca maraqlı fikirlər səsləndirib.

“Sülh Ermənistan cəmiyyəti üçün “yad hissdir”, çünki ölkə müstəqillik əldə etdikdən bəri daimi müharibə içərisində yaşayır. Bu, müəyyən qüvvələr tərəfindən Ermənistanın müstəqillik, suverenlik əldə etməsinə, dövlətçiliyinin formalaşmasına və inkişafına mane olmaq üçün bir vasitə kimi qəsdən edilib. Baş nazirin qeyd etdiyi kimi, indi cəmiyyət təhlükəsizliyin hərbi qarşıdurma ilə yox, institusional sülh sazişi ilə təmin edildiyi yeni şəraitdə yaşamağı öyrənməlidir. Bu ritorika hakimiyyətin Qarabağdakı münaqişənin milli siyasətin mərkəzi elementi olduğu ənənəvi siyasi reallıq təsəvvürünü dəyişmək cəhdini əks etdirir.

Paşinyan onu da izah edib ki, qondarma “erməni məhbusları” ilə bağlı məsələ sülh müqaviləsinin mətninə daxil edilməyib. Odur ki, onların azadlığa buraxılması müqavilənin imzalanması və ratifikasiyasına qədər təxirə salınmayacaq.

Müraciətini yekunlaşdıran Paşinyan bəyan edib ki, Ermənistan otuz ildən çox davam edən blokadadan və beynəlxalq təcriddən çıxır.

Beləliklə, Paşinyanın müraciəti Ermənistanın “münaqişə ölkəsi” olmaqdan çıxdığı və özünü qonşuları ilə normal münasibətlər qurmağa və regional proseslərə inteqrasiya etməyə qadir dövlət kimi göstərməyə çalışdığı yeni siyasi reallığı əks etdirir. Lakin bütün zahiri müsbət ritorikaya baxmayaraq, bu kursu həyata keçirmək üçün Paşinyan hakimiyyəti öz cəmiyyətinin bir hissəsinin zehnində dəyişiklik etməli, revanşistlərin müqavimətini sındırmalıdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*