Paşinyan: “Azərbaycanla gediş-gəlişi sadələşdirməyə hazırıq”backend

Paşinyan: "Azərbaycanla gediş-gəlişi sadələşdirməyə hazırıq"

Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişinin paraflanmasından sonra Bakı-İrəvan münasibətlərinin yeni mərhələyə qədəm qoya biləcəyini bildirib.

KONKRET.az xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında müqavilənin imzalanacağı halda iki ölkə arasında qısa müddətdə müəyyən ticarət əlaqələrinin formalaşacağını və bunun zamanla genişlənəcəyini deyib.

Baş nazir həmçinin Vaşinqton Bəyannaməsinin üçüncü bəndinə diqqət çəkərək, burada tərəflərin daxili nəqliyyat əlaqələrinin və bir-birinin ərazisindən maneəsiz keçid imkanlarının önəminin vurğulandığını qeyd edib:

“Ermənistan Azərbaycanla sərhəddə gediş-gəlişin sadələşdirilməsinə hazırdır”, – deyə o bildirib.

Paşinyanın sözlərinə görə, gələcəkdə iki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri biometrik pasport əsasında, digər ölkələrə səyahət qaydalarına oxşar formada həyata keçirilə bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*