Paşinyan Azərbaycanla sərhədə KTMT-ni cəlb etmək istəyir – Nikoldan təxribatçı TƏKLİFbackend

Paşinyan Azərbaycanla sərhədə KTMT-ni cəlb etmək istəyir – Nikoldan təxribatçı TƏKLİF

Paşinyan Azərbaycanı Qarabağla bağlı üçtərəfli Bəyanatı nüfuzdan salmaqda ittiham edib. O Bəyanatda dəhliz haqqında bir kəlmə də yazılmadığını bildirib. Paşinyan həmçinin Azərbaycanı bölgənin blokadadan çıxarılmasına mane olmaqda da günahlandırıb.  

KONKRET.az “Sputnik”ə istinadən xəbər verir ki, Paşinyan bir neçə təklif də səsləndirib:

1. Azərbaycanla sərhəddə KTMT-nin monitorinq missiyası yerləşdirilsin.

2. Azərbaycan sərhədi boyunca Rusiya sərhədçilərinin məntəqələri qurulsun

Paşinyan bu məsələləri Rusiya ilə müzakirə etməyi planlaşdırdığını deyib.

Nikol bölgəni blokdan çıxarmaq barədə də təkliflərini səsləndirib.

1. Ermənistanın Azərbaycan ərazisi vasitəsilə Rusiya, Orta Asiya və İranla, əksinə Ermənistanın ərazisindən keçməklə  Azərbaycanın Naxçıvan, İran və Gürcüstanla əlaqəsi olmalıdır.

2. Keçid üçün MDB çərçivəsində və beynəlxalq qaydalar əsasında gömrük məntəqələri yaratmaq lazımdır.

Paşinyan həmçinin bildirib ki, Ermənistan və Azərbaycanın  qarşılıqlı ittihamlarının gerçəkliyini aydınlaşdırmaq üçün həll yollarından biri də, KTMT-nin monitorinq missiyasının sərhəd boyunca yerləşdirilməsi ola bilər. Qeyd edək ki, KTMT-yə sədrlik sentyabrın 16-dan etibarən Ermənistana ötürülür.

Paşinyanın bu məntiqsiz və əsassız ittihamlarına cavab olaraq rəsmi Bakı Ermənistanı delimitasiya prosesi üzərində iş aparmağa çağırıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*