“Dünən Putin bir daha bəyan etdi ki, Qarabağı onlar təslim etmədilər, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Ermənistandır. Lakin Nikol Paşinyan heç vaxt Rusiya prezidentinin bu bəyanatlarına cavab verməyib, o demir ki, Qarabağı biz təslim etməmişik”.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Arqişti Kiviryan deyib.
O, həmçinin əlavə edib:
“Paşinyan niyə Putinin dediklərini təkzib etmir. Çünki o, bilir ki, bu halda Putin o qədər güclü sübutlar təqdim edəcək ki, hətta tərəfdarları da Nikolun üzünə tüpürərəcək”, – deyə Kiviryan qeyd edib.
Onun sözlərinə görə, Putinin dünənki bəyanatları göstərdi ki, anti-Rusiya xətti tutsa da, Moskva Ermənistana qarşı heç bir ciddi addım atmayacaq.
“Bu vəziyyət hətta Moskva üçün də sərfəlidir. Bütün günahı ermənilərin üzərinə atmağa imkan verir”, – deyə erməni politoloq qeyd edib.
Günel Mikayılova,
KONKRET.az