Paşinyan bir daha Başkəndin qaytarılmasından danışdıbackend

Paşinyan bir daha Başkəndin qaytarılmasından danışdı

Ermənistanın heç bir nümayəndəsi, heç bir baş naziri Ermənistanın ərazi bütövlüyünün bərpası gündəmindən əl çəkə bilməz.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Baş naziri bildirib.

Nikol Paşinyan bir neçə gün əvvəl “Facebook”da dərc olunmuş və sərhədlərin delimitasiyası nəticəsində Artsvaşenin (Başkənd – red.) geri qaytarılmalı olduğu barədə yazısını xatırladıb:

“Ermənistanın heç bir nümayəndəsi, heç bir baş nazir Ermənistanın ərazi bütövlüyünün bərpası gündəmindən əl çəkə bilməz. Bu post da aşkar olanın təsdiqidir”.

Paşinyan əlavə edib: “Sərhədin delimitasiyasından sonra ölkələrin ərazi bütövlüyünün konturları Almatı Bəyannaməsi əsasında yenidən müəyyən edilməlidir. Ərazi bütövlüyünün konturları müəyyən edildikdə, o zaman bütün mümkün kombinasiyalar və variantlar müzakirə olunacaq”.

Baş nazirin sözlərinə görə, shbət ərazilərin mübadiləsindən gedirsə, bu, Ermənistan vətəndaşlarının mövqeyi olmadan qeyri-mümkündür:

“Delimitasiya prosesinə gəlincə, de-yure ali hüquqi qüvvəyə malik bir sənəd var – iki ölkənin delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə və onun çərçivəsində iş aparılmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*