“Paşinyan bizə inanmırsa, qoy Əliyevə inansın” – Seyran Ohanyanbackend

“Paşinyan bizə inanmırsa, qoy Əliyevə inansın” - Seyran Ohanyan

“Sərhədi 3 ildə təchiz etmək və 27 ildə olduğu qədər qurmaq mümkün deyil”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan jurnalistlərə verdiyi müsahibəsində deyib.

Ohanyan Paşinyan və komandasının “sabiqlər”in ünvanına səsləndirdiyi fikirlərə və ordunun silahlanmasının guya son 3 ildə gücləndiyi haqda iddialara cavab verib.

Ohanyan nazir olduğu dövrdə Paşinyanla danışıqlarından bir nümunə gətirib: “2016-cı ildə onun istəyi ilə Paşinyanı qəbul etdim. Mənim ofisimə gəldi və ön xəttin aprel döyüşlərindən sonra necə əvvəlkindən yaxşı təchiz olunduğunu soruşdu. Onun yanında müdafiə ordusunun komandirinə zəng etdim və tank əleyhinə istehkamın neçə kilometr olduğunu soruşdum. 483 km-dən yalnız 6.7 km yeni mövqe sahələri yenidən təchiz edilmişdi.

Bizə inanmırlarsa qoy baxsınlar, onların dostu Əliyev (Ali Baş Komandan İlham Əliyev Ağdamda olarkən etdiyi çıxışında cinayətkar Koçaryanın və sarkisyanın ordusunun darmadağın edildiyini bildirmişdi) nə deyir. “Ordu var idi və indi də var. Hakimiyyətdə olmasalar (Paşinyan və onun komandası nəzərdə tutulur), ordu daha sürətlə özünə gələcək –deyə Ohanyan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*