Paşinyan bizi nəticəsi çox ağır olacaq bir cinayətə doğru aparır – Artur Vanetsyanbackend

Paşinyan bizi nəticəsi çox ağır olacaq bir cinayətə doğru aparır - Artur Vanetsyan

Ermənistanın “Vətən” partiyasının sədri Artur Vanetsyan açıqlama verib. Açıqlama aysor.am saytında yayımlanıb.

KONKRET.az deputatın fikirlərini sizə təqdim edir.

“Əziz həmvətənlər, Nikol Paşinyan hakimiyyətini qorumaq üçün heç bir şey qarşısında dayanmayacaq.

Bu gün Nikol Paşinyan öz “orbitindən çıxıb”. İstefaya getdiyim ərəfədə söylədiklərim indi reallığa çevrilir.

Nikol Paşinyanın aylardır Konstitusiya Məhkəməsinə və Konstitusiya Məhkəməsi hakimlərinə etdiyi təzyiqlərdən sonra onun göstərişləri ilə konkret bir cinayət tərkibli qanun layihəsi bugünkü parlament iclasının gündəliyinə daxil edildi. O, ən azı 88 deputatın iştirak etdiyi qruplaşma ilə ağır cinayət törədərək hakimiyyəti ələ keçirmək və konstitusiya quruluşunu devirmək istəyir.

Hörmətli deputatlar!

Fikirləşməyin ki, səsverməklə törədilmiş ağır cinayətin nəticələrindən özünüzü qoruya biləcəksiniz.

Buna görə də sizi Ermənistanın Baş naziri vəzifəsini tutan və özünü idarə edə bilməyən bir şəxsin qanunsuz təlimatlarına əməl etməkdən çəkinməyə çağırıram.

Nikol Paşinyan sizi cinayət törətməyə vadar edir, nəticəsi çox ciddi olacaq – ilk növbədə dövlətimiz, sonra da hər birimiz üçün. Bugünkü səsvermə ilə siz Nikol Paşinyanın hərəkətlərindən cinayət və siyasi məsuliyyəti ayıracaqsınız.

Əziz həmkarlar!

Yaranan vəziyyətə görə “Vətən” partiyası “Konstitusiya quruluşunun bərpası Komitəsi” yaratmaq təşəbbüsü ilə çıxış edir və dövlətin taleyi ilə maraqlanan bütün ictimai-siyasi qüvvələrlə təcili məsləhətləşmələrə başlayır”.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*