Paşinyan BMT sessiyasında çıxış edəcəkbackend

Paşinyan BMT sessiyasında çıxış edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək.

KONKRET.az Report-a istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyası prezidentinin sözçüsü Şaron Birç deyib.

Onun sözlərinə görə, Paşinyan sentyabrın 26-da Nyu Yorkda BMT Baş Assambleyasının kürsüsünə çıxacaq və natiqlər siyahısında 9-cu olacaq.

Dünya liderlərini bir araya gətirən “Yüksək Səviyyəli Həftə” sentyabrın 23-də işə başlayacaq. Ənənəyə uyğun olaraq, Braziliya prezidenti açılış nitqi ilə çıxış edəcək, sonra isə ABŞ Prezidenti Donald Tramp nitq söyləyəcək.

Bu il 80-ci dəfə keçiriləcək “Yüksək Səviyyəli Həftə”də BMT-yə üzv 193 ölkədən dövlət və hökumət başçıları, eləcə də bəzi ölkələrin xarici işlər nazirləri iştirak edəcək. Tədbirin sentyabrın 30-dək davam edəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*