“Paşinyan bu addımı atsa, Ermənistanı əvvəlki avantürist və şovinistlərə təhvil verəcək” – YENİ MƏQAMLARbackend

"Paşinyan bu addımı atsa, Ermənistanı əvvəlki avantürist və şovinistlərə təhvil verəcək" - YENİ MƏQAMLAR

Ermənistan 2020-ci il 10 noyabr bəyannaməsinin şərtlərini yerinə yetirməkdən imtina edir və Paşinyan ara-sıra çaşdırıcı bəyanatlar verməklə manipulyasiya ilə məşğuldur. Həmin bəyannamənin 9-cu bəndində qeyd olunur ki, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən bağlantı bərpa edilir və maneəsiz gediş-gəliş yaradılır. Artıq həmin bəynamənin imzalanmasından 5 ilə yaxın vaxt keçsə də, Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Nikol Paşinyan isə ara-sıra kommunikasiya xətlərinin açılmasına qarşı olmadığını bildirir. Bəs görəsən, Paşinyanın bu açıqlamaları nəyə hesablanıb?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Taleh Əliyev bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətnindən kommunikasiya xətlərinin çıxarılması ideyası Azərbaycana məxsusdur:

NATO Kiyev və Türkiyə üçün 50 milyard avrodan çox yardım ayırıb”- Politoloq

“Bu təklifin irəli sürülməsində də məqsəd, Ermənistanda Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya tərəfinin zəmanət verməsinə qarşı müqavimətin olması idi. Azərbaycanın əsas tələblərindən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Bu istiqamətdə atılan addımların ardınca Paşinyan çalışır ki, prosesi daha sürətlə məntiqi sonluğuna çatdırsın. Burada söhbət həm haqqında danışdığımız ideyanın irəli sürülməsindən, həm də Ermənistan-İran sərhədində Rusiya sərhədçilərinin geri çəkilməsindən gedir. Daha sonra Türkiyə- Ermənistan sərhədində yerləşən Marqara keçid məntəqəsində də, Rusiya sərhədçilərini erməni hərbçilər əvəz edib. Ona görə də, bu gün həm kilsə, həm parlament müxalifəti, eyni zamanda “5-ci kalon” şəbəkəsi Nikol Paşinyanı Azərbaycanla mümkün sülh razılaşmasından çəkindirməyə çalışır. Paşinyan da bunun fərqindədir. İndi öz istəklərinə nail olmaq üçün hakimiyyətə qarşı böhtan kampaniyası həyata keçirilir. Bu gün Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmasına yönəlik atdığı addımlar müxalifəti qıcıqlandırır. Buna görə də Paşinyan kommunikasiyaların açılmasını istəyir. Amma onun da özünün şərtləri var. Paşinyan bilir ki, əgər o, kilsə və parlament müxalifəti ilə əməkdaşlıq edərsə, bu zaman özünün irəli sürdüyü “Real Ermənistan” konsepsiyasının üzərindən xətt çəkmiş olacaq. Ermənistanı əvvəlki avantürist və şovinistlərə təhvil verəcək”

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*