KONKRET.az xəbər verir ki, bu gün Ermənistanın Baş Naziri Nikol Paşinyan öz Facebook hesabında ölkədə bu il 400 kilometrdən çox yolun çəkilməsi barədə status paylaşıb.
“2019-cu ilin noyabr ayına olan məlumata görə, subsidiya proqramları çərçivəsində 330 km yol çəkilmiş və təmir edilmiş, 110 km yol yenidən qurulmuşdur, yəni bu il təxminən 440 km yol çəkilmişdir.
Bu il 2013-2017-ci illərdə olduğu kimi 440 km-dən çox dövlət əhəmiyyətli yol çəkilmişdir. Faktiki olaraq, 5 il ərzində gördüyümüz işi bu dəfə bir ilə görmüşük.
Vurğulamaq lazımdır ki, əvvəlki illərlə müqayisədə yol təmirinin dəyəri xeyli azalıb, məsələn, 2014-cü ildə 1 kilometr yolun əsaslı təmiri üçün 200 milyon dramdan (400 min dollar) çox xərc çəkilibsə, bu il eyni iş büdcəyə iki yarım dəfə ucuz başa gəlib – təxminən 80 milyon dram (160, min dollar)”.