Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 24-də Rusiyanın Altay diyarına gedəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Səfər çərçivəsində onun Rusiyanın baş naziri Mixail Mişustinlə görüşü planlaşdırılır.
N.Paşinyanın iyulun 25-də də Altayda qalacağı və ekologiya məsələlərinə həsr olunmuş sammitdə iştirak edəcəyi istisna edilmir.