“Paşinyan bu sistemi növbəti dəfə MƏHV ETDİ” – Babayanbackend

"Paşinyan bu sistemi növbəti dəfə MƏHV ETDİ" - Babayan

“Sevinin ki, Mülki Müqavilə partiyasının üzvü polis rəisi təyin edilib. Nikol hüquq-mühafizə sistemini növbəti dəfə dağıtdı”.

KONKRET.az xəbər verir ki, bunu erməni vəkil Arsen Babayan yeni polis rəisinin təyinatını şərh edərkən deyib.

O, cəmiyyətin bir hissəsinin reaksiyasına diqqət çəkib.

“Və sonra biz təəccüblənirik, necə olur ki, hələ də hakimiyyətdədirlər. Ən azı bu hakimiyyətə qarşı çıxan bir qrup şəxs yeni polis rəisinin təyin olunması münasibətilə həvəslə təbriklər dərc edir. Bəziləri hətta bu təyinatı layiqli hesab edir. Yaxşı, sevinin ki, Mülki Müqavilə partiyasının üzvü polis rəisi olub. Sevin ki, Nikol hüquq-mühafizə sistemini bir daha məhv etdi.”

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*