Paşinyan bu sözlərdən imtina etdibackend

Paşinyan bu sözlərdən imtina etdi

Ermənistan Baş naziri Nikol Paşinyan opponentlərini tənqid edərkən artıq nalayiq ifadələrdən istifadə etməmək qərarına gəlib və partiya tərəfdaşlarını da buna çağırıb.

KONKRET.az xəbər verir ki, N.Paşinyan sosial şəbəkələrdə ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyası üçün etika məcəlləsinin qəbul edildiyini açıqlayıb.

O, yeni məcəllənin partiya üzvləri üçün yeni standartlar və davranış modelləri müəyyən etdiyini bildirib:

“Bundan sonra “Vətəndaş müqaviləsi” partiyasının üzvləri təhqirlərə və ya qeyri-etik leksikaya təhqirlə cavab verməməlidirlər. Bu, zəiflik əlaməti deyil, davranış kodeksinin ən yaxşı standartlarına sədaqətdir”.

Xatırladaq ki, Ermənistan Baş naziri bu ilin iyununda siyasi rəqiblərinə 1-5 iyul tarixləri arasında qarşılıqlı təhqirlərə son qoymağı və sosial şəbəkələrdə təhqiredici ifadələrdən istifadə etməməyi təklif etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*