Paşinyan bütün dünya ilə münasibətləri korladı – erməni analitikbackend

Paşinyan bütün dünya ilə münasibətləri korladı – erməni analitik

Nikol Paşinyan hökumətin diktator modelini seçdi, amma bir problemlə üzləşdi, məhkəmələrə nəzarət edə bilmir və bu, onun üçün olduqca gülünc vəziyyət yaradır. Ermənistanın keçmiş diktatorları üçün isə əksinə bu, manevr məkanıdır.

KONKRET.az xəbər verir ki, bunu Politik.am saytına müsahibəsində erməni analitik Arqişti Kiviryan söyləyib.

Onun sözlərinə görə, təsadüfən güc piramidasında olan bir şəxsdən yaxşı bir şey gözləmək lazım deyil.

“Bu insanların siyasət və ciddi idarəetmə ilə heç bir əlaqəsi yoxdur və hakimiyyətdə olduqları hər gün ölkə üçün bir vəbadır. Onlar bütün dünya ilə münasibətləri korladılar, buna görə də ABŞ, Çin və Rusiya da daxil olmaqla, dünyada heç bir güc mərkəzi bunları ciddiyə almır” deyə ekspert qeyd edib.

Kiviryan əlavə edib ki, Paşinyanın həyatının məqsədi hakimiyyəti nəyin bahasına olursa-olsun ələ keçirmək idi, sonda da buna nail oldu.

“Hüquq-mühafizə orqanlarındakı təyinatlar bu hökumətin hər vəclə hakimiyyətdə qalmasına çalışacağını göstərir. Bunlar gedənlərin addımları deyil …” deyə vurğulayıb.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*