Paşinyan daha bir komandiri İŞDƏN QOVDUbackend

Paşinyan daha bir komandiri İŞDƏN QOVDU

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Ermənistan Silahlı Qüvvələrinin 5-ci Ordu Korpusunun komandiri Sasun Badasyanı tutduğu vəzifədən azad edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının saytında məlumat verilib.

Erməni mətbuatı isə yazıb ki, Badasyanın işdən çıxarılması təklifi baş nazir Nikol Paşinyandan gəlib.

Xatırladaq ki, Badasyan 2023-cü il fevralın 17-də Ermənistan Silahlı Qüvvələrinin 5-ci Ordu Korpusunun komandiri təyin edilib.

Rəsmiyyə Şərifova

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*