Paşinyan Ərdoğana niyə cavab verə bilmir? – Azərbaycan torpağını işğal etdiyini yaxşı anlayırbackend

Paşinyan Ərdoğana niyə cavab verə bilmir? – Azərbaycan torpağını işğal etdiyini yaxşı anlayır

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 75-ci Sessiyasında videoformatda çıxışında deyib ki, Azərbaycan torpaqlarına hücumları davam etdirən Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə qarşı ən böyük maneədir: “Dağlıq Qarabağ problemi başda olmaqla, bölgədəki bütün münaqişələrin Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün və suverenliyini qorunması, BMT və ATƏT-in qətnamələri əsasında həll olunmasını istəyirik”.

Həmin açıqlamaya rəsmi İrəvan münasibət bildirməyib. Paşinyan hakimiyyətinin susqunluğu erməni siyasətçilərini bərk qəzəbləndirib. Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan bununla bağlı Facebook səhifəsində bir status yazıb.

KONKRET.az xəbər verir ki, məlumatı erməni mediası yayıb.

“Bu cür açıqlamalar Ermənistanın xarici işlər nazirini üzüb, Baş nazir isə yeni nağıl kolleksiyası ilə məşğul olur. Belə olan halda bəlkə Vayots Dzor regional rəhbərliyi Ərdoğana cavab versin?” – deyə Armen Aşotyan bildirib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*