Paşinyan: “Ermənilər Naxçıvan və azərbaycanlılar isə Meğri üzərindən keçib gedə biləcəklər”backend

Paşinyan: "Ermənilər Naxçıvan və azərbaycanlılar isə Meğri üzərindən keçib gedə biləcəklər"

“Bölgədəki bütün yollar blokdan çıxarılmalı və heç kim birtərəfli üstünlük əldə etməməlidir. Azərbaycan Meğri ərazisindən bir dəhliz alırsa, Ermənistan da Naxçıvan ərazisindən vətəndaşlar və mallar üçün səyahət hüququ almalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibəsində bildirib. Paşinyan əlavə edib ki, ”Azərbaycanın bu cür hüquqları birtərəfli qaydada alacağını söyləmək olmaz və Qarabağla bağlı üçtərəfli bəyanatda buna bənzər heç bir şey qeyd edilməyib. Bəyanatda bölgədəki bütün kommunikasiyaların blokdan çıxarılmasından bəhs olunur”.

“Digər tərəfdən, əgər Naxçıvan üzərindən dəmir yolu ilə Rusiya və İrana mal daşıya biləcəyimiz ortaya çıxsa, bunun əvəzində Azərbaycan öz vətəndaşlarını və mallarını Megri üzərindən daşıma hüququnu tələb edə bilərmi? Bu, hələ də davam edəcək çətin bir danışıqlar prosesidir”, – deyə hökumət başçısı əlavə edib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*