Paşinyan: Ermənistan Madrid prinsiplərini hələlik nə qəbul edir, nə də rədd edirbackend

Paşinyan: Ermənistan Madrid prinsiplərini hələlik nə qəbul edir, nə də rədd edir

Qarabağ münaqişəsinin həlli üçün Madrid prinsiplərinin bütün parametrləri erməni tərəfi üçün şəffaf olmasa da, onları qəbul etmək və ya rədd etmək mümkün deyil.

KONKRET.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan dünən parlamentdə “hökumət saatı”nda Qarabağdakı görüşləri zamanı Madrid prinsiplərinə artıq müzakirə masasında baxılmadığını söyləyən nəşrləri şərh edərkən bildirib.

“Bəlkə də burada müəyyən anlaşılmazlıq yarandı. Bu görüşlərdə əvvəllər də açıq deməyəcəyim yeni bir şey söyləmədim. Məsələ burasındadır ki, indiyə qədər Madrid prinsiplərinin bütün parametrləri bizim üçün şəffaf deyil, bu sənədi danışıqların əsası kimi qəbul edib-etməməyimiz barədə danışmaq çox çətindir. Madrid prinsipləri əsasən münaqişənin həlli üçün prinsiplərdir. İndi bu yolun bizi nəyə apara biləcəyini anlamaq istəyirik”, – deyə Paşinyan bildirib. Sonra da əlavə edib ki, “bunu başa düşmədən necə irəliləməli olduğumuzu müəyyənləşdirmək çətindir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*