Paşinyan: “Ermənistan Qarabağın müstəqilliyini tanıya bilər” – “İnterfaks” agentliyibackend

Paşinyan: “Ermənistan Qarabağın müstəqilliyini tanıya bilər” - "İnterfaks" agentliyi

Ermənistanın Baş naziri Nikol Paşinyan qondarma rejimin (Dağlıq Qarabağ – işğal edilən Azərbaycan torpağı) müstəqilliyini tanıma imkanlarını nəzərdən keçirdiyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” agentliyi yayıb.

Onun sözlərinə görə, hökumətin gündəmdə belə bir variantı var.

“Ermənistanla Qarabağ arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq müqaviləsinin imzalanması ehtimalı var” deyə Nazirlər Kabineti rəhbəri əlavə edib.

Paşinyan variantların hələ də müzakirə edildiyini və qərarların “bəzi amillərdən asılı olaraq” veriləcəyini qeyd edib.

Sentyabrın 27-də Qarabağdakı təmas xəttindəki yaşayış məntəqələrini atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin hərəkətlərinə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi əks-hücum əməliyyatına başladığını elan edib.

Hərbi əməliyyatlar nəticəsində hər iki tərəfdən mülki və hərbi itkilər var. Ermənistanda hərbi vəziyyət və səfərbərlik, Azərbaycanda qismən səfərbərlik elan edilib, bəzi şəhərlərdə hərbi vəziyyət tətbiq edilib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*