Paşinyan: “Ermənistana yeni konstitusiya lazımdır”backend

Paşinyan: “Ermənistana yeni konstitusiya lazımdır”

Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə çıxışında ölkəsinin yeni əsas qanuna ehtiyacı olduğunu bəyan edib.

KONKRET.az xəbər verir ki, hökumət başçısının sözlərinə görə, mövcud Konstitusiya artıq müasir Ermənistanın reallıqlarına cavab vermir və bu səbəbdən də dəyişdirilməlidir:

“Bizə xalqın iştirakı ilə referendum yolu ilə təsdiq olunacaq yeni Konstitusiya lazımdır. Bu sənəd ölkəmizin bugünkü şəraitinə və strateji hədəflərinə uyğun hazırlanmalıdır”, – deyə Paşinyan bildirib.

O əlavə edib ki, yeni Konstitusiya Ermənistanın gələcək inkişafını müəyyən edən əsas hüquqi baza rolunu oynamalıdır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*