Paşinyan Ermənistandakı Rusiya hərbi bazası ilə bağlı tərəddüd içindədirbackend

Paşinyan Ermənistandakı Rusiya hərbi bazası ilə bağlı tərəddüd içindədir

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsindəki Rusiya hərbi bazasının gələcək taleyi ilə bağlı tərəddüdləri var.

KONKRET.az Fransa mediasına istinadən xəbər verir ki, Paşinyan hərbi bazanın çıxarılmasının gündəmdə olmadığını söyləyib.

Ermənistan rəsmisi nəzərə çatdırıb ki, ölkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını “dondurub”. Onun fikrincə, KTMT İrəvana münasibətdə öz funksiyalarını, xüsusilə də 2021–2022-ci illərdə yerinə yetirməyib.

Qeyd edək ki, Rusiyanın dövlət başçısı KTMT-dən çıxışın Ermənistanın maraqlarına cavab vermədiyini vurğulayıb.

Moskva və İrəvan arasında 1995-ci il dövlətlərarası razılaşmaya əsasən, Ermənistanın Gümrü şəhərində 102-ci Rusiya hərbi bazası yerləşdirilib. Bu baza MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyini yerinə yetirir. 2010-cu ildə tərəflər müqavilənin müddətini 2044-cü ilə qədər uzadıblar.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*