Ermənistan Baş naziri Nikol Paşinyan məzuniyyətə çıxıb.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan məlumat yayıb.
“Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan avqustun 12-dən avqustun 15-i daxil olmaqla məzuniyyətdə olacaq”, – o bildirib.
Qeyd edək ki, iyulun 28-də Bağdasaryan baş nazirin iyulun 28-dən avqustun 15-nə kimi məzuniyyətdə olacağını açıqlamışdı.