“Ermənistan banansız banan respublikasına çevrilir”.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni jurnalist Qaqik Mkrtçyan analitik yazısında qeyd edib.
O bildirib ki, istənilən normal ölkədə bütün sferalarda biabırçı məğlubiyyətə uğrayan, hər şeyi dağıdan, ölkəni fəlakətin astanasına gətirən hakimiyyətin özü sakitcə ayaqlarının ucuna basardı, amma bizdə belə olmadı. Axı özünüz deyirdiniz ki, camaat bunu tələb etsə, gedəcəksiniz. Odur ki, küçəyə çıxın, insanların sizin haqqınızda dediklərinə qulaq asın və gedin.
ABŞ-nin ən uğursuz prezidenti Varren Hardinq deyirdi: “Mən bu vəzifəyə uyğun deyiləm və mənə bu vəzifəni tutmağa icazə verilməməli idi”.
O, kişi kimi məsələyə sərt və ədalətli yanaşmışdı. Maraqlıdır, görəsən, Paşinyanın beyninə nə vaxtsa belə bir fikir gəlibmi?
1917-ci il oktyabrın 25-də Rusiyada hakimiyyəti ələ keçirən V.İ.Lenin bir həmkarına etiraf etmişdi ki, bu yüksəlişdən başı gicəllənib.
Paşinyan haqqında belə bir söz demək mümkün deyil. Onun vəziyyətində hər şey daha az aydındır.
Güc sahibi olmağın daimi başgicəllənməsindən yaranan eyforik vəziyyət ona gətirib çıxardı ki, hər kəsə vətənin nə olduğunu, onu necə sevməyi, hansı dağın milli rəmz sayılmalı olduğunu öyrətmək maniyasına qapıldı. O bilmədi ki, dövlət gerbi nədir və hansı himni oxumaq lazımdır, hansı orduya, güc strukturlarına ehtiyacımız var, Konstitusiya, məhkəmə sistemi, elm, tibb necə olmalıdır, tikinti necə aparılmalıdır, damcı suvarmanı necə tətbiq etmək lazımdır?
Üstəlik, Paşinyan hələlik bütün məsləhətləri verməyib. Ölkə əlavə göstərişlər gözləyir. O, hələ yumurta istehsalından, nə vaxt əkməkdən, harada biçməkdən danışmayıb. Nəzəri fiziklər yetim uşaqlar kimi kömək gözləyirlər, teatrlara nəsə məsləhət görürlər – niyə belə gəzirsiniz? Bəs meliorasiya agentləri? Bəs idmançılar? Məgər Paşinyan idmançıların dostu deyilmi?
Amma hədsizliyi dərk etmək mümkün deyil. Hökumət başçısı nədənsə hesab edir ki, daxili və xarici siyasətin əsas məsələlərində fəal iştirak edir
Çox təəssüf ki, Paşinyanın heç bir kadr dəyişikliyi vəziyyəti dəyişməyəcək. Ona peşəkarlar yox, küçədən olan, iradəsinin sadiq icraçıları lazımdır. Bu rejimin özünü sağaltmaq şansı yoxdur. Əksinə, hər şey daha da pisləşəcək və biz həqiqətən dövləti itirə bilərik”.
Natiq Səlim,
KONKRET.az