“Paşinyan Ermənistanı Fransanın müstəmləkəsinə çevirib” – Stevan Qajiçbackend

“Paşinyan Ermənistanı Fransanın müstəmləkəsinə çevirib” - Stevan Qajiç

“Paşinyan Ermənistanı sözün əsl mənasında NATO-nun, ilk növbədə Fransanın müstəmləkəsinə çevirib. Fransa Afrikadakı müstəmləkə krallığını praktiki olaraq itirdiyi üçün Paşinyan vasitəsilə Rusiyaya qarşı geosiyasi oyuna girişib”.

KONKRET.az xəbər verir ki, bu sözləri Avropa Araşdırmaları İnstitutunun elmi işçisi Stevan Qajiç deyib.

O vurğulayıb ki, Paris geosiyasi oyuna girişməklə və digər yollarla itirdiklərini kompensasiya etməklə Rusiyaya ziyan vurmağa çalışır:

“Əslində isə zərər çəkən erməni xalqıdır. Avropa İttifaqı uzun müddətdir, dağılma prosesini yaşayır. Avropa İttifaqı əslində NATO-nun siyasi guşəsidir. Bu İttifaq faktiki olaraq böyük tənəzzülə uğrayıb. Belə bir vaxtda namizəd statusundan danışmaq xüsusilə kinayədir”, – deyə Qajiç bildirib.

“İnanıram ki, bu, əslində çox acınacaqlı vəziyyətdir, bu, Qərbin Ermənistana müstəmləkəçi təcavüzünün davamıdır, başqa heç nə yoxdur”, – deyə Qajiç fikrini yekunlaşdırıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*