“Onlar (Paşinyan hakimiyyəti – red.) Azərbaycana niyə gedirlər? Özlərini alçaltmağamı?
KONKRET.az xəbər verir ki, bunu “Vətən naminə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan avqustun 22-də İrəvanda vətəndaşlarla görüşündə deyib.
“Hərbi-siyasi rəhbərliyimizin (Qarabağ separatçılarını nəzərdə tutur – red.) saxlandığı həbsxanalarda əziyyət çəkdiyi şəhərdə onlar nə etməlidirlər? Düzdür, bu adamlar Azərbaycan hakimiyyətini təmsil edirlər, ona görə də gedə bilərlər”, – Qalstanyan əlavə edib.
Qeyd edək ki, Azərbaycan Ermənistanı COP29 konfransında iştiraka dəvət edib.
Günel Mikayılova,
KONKRET.az