Paşinyan hakimiyyəti bütün istiqamətlərdə uğursuz oldu, xalq yenə küçələrə çıxacaq – Artur Vanetsyanbackend

Paşinyan hakimiyyəti bütün istiqamətlərdə uğursuz oldu, xalq yenə küçələrə çıxacaq - Artur Vanetsyan

İstisna etmirəm ki, yaxın vaxtlarda Robert Köçəryan, Serj Sarkisyan və Levon Ter-Petrosyan arasında görüş olacaq.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı jurnalistlərə Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən”  partiyasının sədri Artur Vanetsyan deyib.

“Siyasi proseslər bütün siyasi qüvvələrlə görüşlər deməkdir” deyib.

Aysor.am müxbirinin xalqın müxalifət ətrafında birləşib küçələrə çıxmağı ilə ikinci dəfə hakimiyyətin dəyişdirilə biləcəyinə dair sualına Artur Vanetsyan belə cavab verib.

“Mütləq. Əminəm ki, yaxın gələcəkdə çox aktiv siyasi proseslər başlayacaq, bu müddət ərzində inkişafları görəcəyik. Əslində ölkə çox çətin vəziyyətdədir. Hakimiyyət bütün istiqamətlərdə uğursuz oldu. Sağlamlıq və iqtisadi böhranla qarşılaşırıq. Hakimiyyət iş görmək əvəzinə siyasi rəqibləri təqib edir”. Artur Vanetsyan belə deyib.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan son müsahibəsində xalqın küçələrə axışacağı barədə anons vermişdi.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*